Son dəqiqə

Türkiyə Akkuyu Atom Elektrik Stansiyasının (NGS) Türkiyənin Enerji və Təbii sərvətlər nazirliyi Alparslan Bayraktar

Türkiyənin enerji sektoru 2,5 dəfə artıb – Alparslan Bayraktar

Bakı. TurkicWorld:

Türkiyənin enerji sektoru 2,5 dəfə artıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar deyib.

“Bizim enerji sektorumuz təxminən 2,5 dəfə artıb. Buraya investisiyaların böyük hissəsi özəl sektor, yerli və xarici investorlar tərəfindən qoyulub. Akkuyu AES Türkiyə Respublikasının vergi qanunvericiliyinə və hüquqi qaydalarına uyğun işləyən bir Türkiyə şirkətidir. Bu çərçivədə və ondan kənarda hökumətlərarası saziş çərçivəsində işləyirik.” – deyə nazir qeyd edib.

Bayraktar bildirib ki, Akkuyu AES Türkiyənin inkişafına və böyüməsinə böyük töhfə verəcək.

“Ancaq bilirsiniz ki, orada 4 reaktor var, biz o 4 reaktoru yaxın 4 ildə, yəni 2028-ci ilə qədər tikəcəyik.

Türk əsrinin bu ilk dövründə biz bütün elektrik stansiyasını tam istismara verməyi hədəfləyirik. Türkiyənin ehtiyac duyduğu enerjinin 10 faizini buradan hasil etməyi hədəfləyirik. Bu da çox mühüm rəqəmdir. Bu ehtiyacı da karbonsuz bir şəkildə qarşılayacaq. Başqa sözlə, Türkiyənin 2053-cü ilə qədər karbonsuz iqtisadiyyata çevrilməsi hədəfinə də xidmət edən çox mühüm bir addımdır.” – deyə o əlavə edib.

Bayraktar məsələ ilə bağlı Cənubi Koreya, Rusiya Federasiyası və Çinlə danışıqların davam etdiyini bildirib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər