Son dəqiqə

Türkiyə Çin Akkuyu Atom Elektrik Stansiyasının (NGS) Alparslan Bayraktar BƏƏ

Gələn il Sinop və Trakya layihələrini istifadəyə verəcəyik - Alparslan Bayraktar

Bakı. TurkicWorld:

2024-cü ilin oktyabr ayında Sinop və Trakya layihələrini istifadəyə verəcəyik.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.

"Qara dəniz qazında gündəlik 4 milyon kubmetr qaz axını var. İkinci mərhələnin inkişafı ilə bir neçə ildən sonra 40 milyon metrokuba qədər artacaq. Qabarda sürətlə irəliləyirik, gündəlik 18 min barel hasilat var, 2024-cü ilin sonuna kimi hasilatı 100 min barrelə çatdırmağı hədəfləyirik. Qabarda hər quyudan hasilat 1 000 barel civarındadır, biz 100 quyu ilə 100 min barelə çatmağı hədəfləyirik. Şırnak isə enerji bazasına çevrilir",- deyə nazir qeyd edib.

Alparslan Bayraktar bildirib ki, Birləşmiş Ərəb Əmirliklərindən, xüsusilə bərpa olunan enerji layihələrinə ciddi maraq var. Biz qısa müddətdə BƏƏ ilə müqaviləni tamamlayacağıq və sürətli investisiyalar edəcəyik.

"Akkuyuda işə salınacaq ilk reaktor üçün hədəfimiz gələn ilin oktyabrıdır. Biz mütləq nüvə enerjisi sahəsində Sinop və Trakya layihələrini işə salmaq istəyirik. Trakyadakı reaktorla bağlı Çinlə danışıqlarımız davam edir və yaxın bir neçə ay ərzində bunu razılaşmaya çevirmək istəyirik. Modul nüvə reaktorları bizim nüvə gücümüzün 25%-ni təşkil edəcək. Modul tipli atom elektrik stansiyaları tikinti mərhələsinə daxil olduqda, digərlərinə nisbətən daha sürətli inkişaf edir",- Bayraktar əlavə edib.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iyulun 19-da Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində, imzalanan strateji tərəfdaşlıq çərçivə sazişində 51 milyard dollarlıq paketin 29 milyard dolları enerji layihələri olub.

Mövzuya görə xəbərlər