Türkiyə Müdafiə Sənayesi Komitısinin liderliyi ilə həyata keçirilən Bayraktar AKINCI Layihəsi çərçivəsində Baykar tərəfindən milli və yerli imkanlarla hazırlanmış Bayraktar AKINCI TİHA-ya yerli istehsal olan yeni sursat və sistemlərin inteqrasiyası uğurla davam edir.
TurkicWorld-un məlumatına görə, TÜBİTAK SAGE tərəfindən milli olaraq hazırlanmış və ilk dəfə pilotsuz uçuş aparatından atılan Həssas Rəhbərlik Kiti (HGK) ilə həyata keçirdiyi ilk sınaq atışında Bayraktar AKINCI hücum PUA-sı hədəfi dəqiqliklə məhv edib.
Xatırladaq ki, HGK sursatları ilk dəfə pilotsuz uçuş aparatından atılıb.
Qeyd edək ki, Baykar şirkəti, apardığı rəqabət nəticəsində Amerikalı, Avropalı və Çinli rəqiblərini geridə qoyaraq Küveyt Müdafiə Nazirliyi ilə imzaladığı müqaviləyə əsasən Bayraktar TB2 üçün 370 milyon dollarlıq ixrac müqaviləsiylə 2023-cü ilə başlayıb.
Rumıniyaya da ixrac edilən Bayraktar TB2 SİHA-lar bununla birlikdə dörd NATO üzvü və iki Avropa İttifaqı (Aİ) üzvü olan ölkəyə ixrac edilməyə başlanıb.
İlk zamanlardan bu günə qədər bütün layihələrini öz imkanları ilə həyata keçirən Baykar şirkəti, 2003-cü ildə PUA Ar-Ge prosesinin başladığı gündən bu yana bütün gəlirlərinin 75%-ni ixracdan əldə edib.
2022-ci ildə imzalanan müqavilələrdə ixrac nisbəti 99,3% olan Baykar 1,18 milyard dollarlıq ixracat həyata keçirib.
Müdafiə və aerokosmik sənayenin ən böyük ixracatçısı olan şirkətin 2022-ci ildə 1,4 milyard dollar dövriyyəsi var idi.
Qeyd edək ki, bugünə qədər Bayraktar TB2 SİHA üçün 30 ölkə ilə, Bayraktar AKINCI TİHA üçün isə altı ölkə ilə ixrac müqaviləsi imzalanıb.
#Bayraktar #AKINCI, an Offensive Unmanned Aerial Vehicle, hit the target with pinpoint accuracy in a test firing with the Precision Guidance Kit, which was developed indigenously by TÜBİTAK SAGE and fired from an unmanned aerial vehicle for the first time.#Türkiye @BaykarTech pic.twitter.com/9VbDHbDBIe
— Turkic World (@TurkicWorld_Az) June 14, 2023