Türkiyənin İzmir limanı tərəfindən qəbul edilən yüklərin həcmi açıqlanıb (ÖZƏL)

Türkiyənin İzmir limanı tərəfindən qəbul edilən yüklərin həcmi açıqlanıb (ÖZƏL)

Bakı, Dekabr 23. /TurkicWorld/

2022-ci ilin yanvar-noyabr aylarında Türkiyənin İzmir limanı 6 milyon 247 min 737 ton yük qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, İzmir limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 306 min 801 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 5 milyon 940 min 936 ton yük daşınıb.

“2022-ci ilin yanvar-noyabr aylarında Türkiyənin İzmir limanından 4 min 893 ton tranzit yük aşırılıb”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2022-ci ilin noyabr ayında Türkiyə limanlarından 6 milyon 758 min 108 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2022-ci ilin yanvar-noyabr aylarında Türkiyə limanları 361 milyon 981 min 446 ton yük qəbul edib.

2022-ci ilin yanvar-noyabr aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 25 milyon 796 min 23 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 336 milyon 185 min 423 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-noyabr aylarında Türkiyə limanlarından 73 milyon 758 min 393 ton transit yük daşınıb.