Türkiyədə Çin kapitallı şirkətlərin sayı 70-i keçib (ÖZƏL)

Türkiyədə Çin kapitallı şirkətlərin sayı 70-i keçib (ÖZƏL)

Ankara . TurkicWorld:

2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyədə Çin kapitalı ilə 74 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 28 şirkət çoxdur.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Çin şirkətlərinin sayının artmasına baxmayaraq, onların ümumi kapıtalı azalıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Çin şirkətlərinin məcmu kapitalı 100,9 milyon türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 354,1 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Çin şirkətlərinin əksəriyyəti İstanbulda (65) qeydiyyata alınıb.

“İstanbulda qeydiyatdan keçən Çin şirkətlərinin ümumi kapitalı 32,1 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyədə Çin kapitalı ilə 8 ixracat, 35 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.