Son dəqiqə

QS reytinqi: Azərbaycan universitetləri mövqelərini möhkəmləndirib

QS Dayanıqlılıq Reytinqində Azərbaycan universitetlərinin sayı 9-a yüksəlib

Bakı,TurkicWorld

Quacquarelli Symonds (QS) beynəlxalq reytinq agentliyi “QS Dayanıqlılıq Reytinqi 2027”nin (QS Sustainability Rankings 2027) nəticələrini açıqlayıb. Reytinqin cari buraxılışında dünyanın 107 ölkəsindən 2000-dən çox ali təhsil müəssisəsi təmsil olunub.

Yeni nəticələrə əsasən, reytinqdə təmsil olunan Azərbaycan universitetlərinin sayı ötən illə müqayisədə 8-dən 9-a yüksəlib. Bu il siyahıda Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Mühəndislik Universiteti, Xəzər Universiteti, Qərbi Kaspi Universiteti və Sumqayıt Dövlət Universiteti yer alıb.

Reytinq üzrə Azərbaycan universitetləri arasında ən yüksək nəticəni UNEC nümayiş etdirib. Universitet dünya üzrə 582-ci pillədə qərarlaşıb və ötən buraxılışla müqayisədə mövqeyini 144 pillə yaxşılaşdırıb.

Reytinqin ayrı-ayrı göstəriciləri üzrə də Azərbaycan universitetləri diqqətəlayiq nəticələr əldə ediblər. Belə ki, Bakı Dövlət Universiteti “Ekoloji dayanıqlılıq” (Environmental Sustainability) indikatoru üzrə dünya universitetləri arasında 152-ci yerdə qərarlaşıb.

Ümumilikdə, Azərbaycan ali təhsil müəssisələri “İdarəetmə” (Governance), “Ekoloji dayanıqlılıq” (Environmental Sustainability) və “Ekoloji təhsil” (Environmental Education) indikatorları üzrə yüksək nəticələr nümayiş etdiriblər.

Mövzuya görə xəbərlər