Son dəqiqə

QS Avropa reytinqində Azərbaycan universitetlərinin sayı 15-ə çatıb Azərbaycan ali məktəbləri QS Avropa reytinqində irəliləyib 6 Azərbaycan universiteti ilk dəfə QS Avropa siyahısına düşüb QS reytinqi: Azərbaycan universitetləri mövqelərini möhkəmləndirib Azərbaycan Avropanın ən yaxşı universitetləri sırasında QS Avropa reytinqində Azərbaycan üçün rekord göstərici

QS Avropa reytinqində Azərbaycan universitetlərinin sayı ilk dəfə 15-ə çatıb

BAKI,TurkicWorld

Avropanın aparıcı universitetlərini əhatə edən nüfuzlu reytinqdə Azərbaycan universitetlərinin təmsilçiliyi əhəmiyyətli dərəcədə artıb.

TurkicWorld xəbər verir ki, “Quacquarelli Symonds” beynəlxalq reytinq agentliyi tərəfindən açıqlanan “QS Avropanın ən yaxşı universitetlərinin reytinqi”ndə yer alan Azərbaycan universitetlərinin sayı ötən illə müqayisədə 9-dan 15-ə yüksəlib. Reytinqdə təmsil olunan 42 ölkədən 958 universitet arasında bu il 6 Azərbaycan universiteti ilk dəfə siyahıya daxil edilib.

Yeni daxil olan universitetlərin sayına görə Azərbaycan 17-ci mövqedə qərarlaşıb. Eyni zamanda, 10 və daha çox universitetlə təmsil olunan ölkələr arasında ali təhsil müəssisələrinin reytinq mövqelərinin yüksəlməsi baxımından Azərbaycan 3-cü yeri tutur.

QS Avropa reytinqində Azərbaycan üzrə ilk üçlük aşağıdakı universitetlərdən ibarətdir:
– Azərbaycan Dövlət İqtisad Universiteti – 271-ci yer;
– Bakı Dövlət Universiteti – 278-ci yer;
– Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – 349-cu yer.

Məlumata görə, əvvəlki reytinq buraxılışı ilə müqayisədə siyahıya daxil edilən Azərbaycan universitetlərinin əksəriyyəti “Akademik nüfuz”, “İşəgötürənlər arasında nüfuz”, “Məşğulluq nəticələri”, “Əcnəbi müəllim payı” və “Müəllim–tələbə nisbəti” kimi əsas göstəricilər üzrə mövqelərini yaxşılaşdırıb.