İtaliyadan Türkiyə limanlarına daşınan yüklərin həcmi açıqlanıb (ÖZƏL)

İtaliyadan Türkiyə limanlarına daşınan yüklərin həcmi açıqlanıb (ÖZƏL)

Ankara. TurkicWorld:

2022-ci ilin yanvar-sentyabr aylarında İtaliyadan Türk limanlarına 17 milyon 688 min 94 ton yük daşınıb. Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər İtaliyadan limanlara 5 milyon 372 min 724 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 11 milyon 783 min 381 ton yük çatdırıb.

Bu müddət ərzində İtaliya bayraqlı gəmilərlə Türkiyə limanlarına 531 min 989 ton yük çatdırılıb. 2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyə limanlarına İtaliyadan 27 milyon 263 min 159 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2022-ci ilin sentyabr ayında Türkiyə limanları 31 milyon 992 min 434 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 209 min 770 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 29 milyon 712 min 664 ton olub.

Bununla yanaşı, 2022-ci ilin sentyabr ayında Türkiyə limanlarından 6 milyon 635 min 624 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyə limanları 269 milyon 575 min 687 ton yük qəbul edib.

2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 21 milyon 336 min 880 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 275 milyon 238 min 807 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyə limanlarından 60 milyon 674 min 882 ton transit yük daşınıb.