BAKI, TurkicWorld, Nailə Babazadə
2025-ci ilin dekbar ayında Türkiyənin İstanbul Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 84 milyon 457 min 421 nəfər olub.
Bu barədə TurkicWorld -ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin dekabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 2 faiz artaraq, 17 milyon 730 min 321 nəfər, beynəlxalq reyslər üzrə isə 6 faiz artaraq 66 milyon 727 min 100 nəfər təşkil edib.
2025-ci ilin dekabr ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz azalaraq 3 milyon 366 min 867 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin dekabr ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz azalaraq, 214 min 842 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 3 faiz azalaraq, 3 milyon 152 min 26 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2025-ci ilin dekabr ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin dekabr ayı ilə müqayisədə 6 faiz artaraq, 549 min 319 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 5 faiz artaraq, 123 min 860, beynəlxalq reyslər üzrə isə 7 faiz artaraq 425 min 459 olub.
2025-ci ilin dekabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 247 milyon 17 min 152 nəfər, yük daşınması isə 5 milyon 149 min 714 ton təşkil edib.
Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.







