Bakı. TurkicWorld:
Zəngəzur dəhlizindən keçəcək avtomobil və dəmir yollarının tikintisi fasiləsiz davam edir.
TurkicWorld bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir.
"Azərbaycan, qərb vilayətlərini Naxçıvanla birləşdirəcək və Zəngəzur dəhlizindən keçəcək quru və dəmir yollarının tikintisini davam etdirir",- deyə məlumatda bildirilir.
Qeyd edək ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu öz açıqlamasında bildirib ki, Türk dünyasının quru sərhədlərini birləşdirəcək olan Zəngəzur dəhlizi 2028-ci ildə həyata keçiriləcək.
Aytac Süleymanova
Twitter: a_alieva_