Bakı. TurkicWorld:
Zəngəzur dəhlizi ilə Naxçıvan üzərindən türk dünyasına daha asan səyahət imkanı yaranacaq.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
Uraloğlu onu da qeyd edib ki, Türkiyənin hazırkı daşımaları Xəzər dənizindən keçən Bakı, Tbilisi və Qars xətləri ilə həyata keçirilir.
"Zəngəzur dəhlizi əgər Ermənistan ərazisindən keçərsə, 43 kilometr, İrandan keçərsə, təxminən 60 kilometrlik dəhliz nəzərdə tutulur. Danışıqlar davam edir. Lakin Azərbaycan tərəfdə işlərin bir hissəsi tamamlanıb, bəzi tikinti işləri isə davam edir. Türkiyə tərəfində də Dilucu-İğdır-Qars arasındakı 224 km-lik tender həyata keçirilib", - deyə o vurğulayıb.