Bakı. TurkicWorld:
Digər ölkələrin də qazan-qazan prinsipi ilə Zəngəzur dəhlizi kimi regional və qlobal əlaqə layihələrini dəstəkləmələrini gözləyirik.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda Azərbaycan, Gürcüstan və Türkiyənin XİN rəhbərlərinin 9-cu üçtərəfli görüşünün yekunları üzrə mətbuat konfransında çıxışı zamanı deyib.
H.Fidan onu da qeyd edib ki, 2020-ci ilin noyabrında Azərbaycanın qələbəsindən sonra Cənubi Qafqazı sülh və sabitlik mərkəzinə çevirmək üçün əhəmiyyətli fürsət yaranıb.
Bundan əlavə, Türkiyə XİN rəhbəri Qəzzada dərhal atəşkəsin elan edilməsinin və humanitar yardımların Qəzzaya fasiləsiz çatdırılmasının vacibliyini vurğulayıb.