BAKI,TurkicWorld
“Şəhərsalma və Memarlıq İli”nə həsr olunan „Bizim şəhərlər: Gənclərin baxışı” düşərgəsi, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına gedən yolda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşəbbüsü ilə həyata keçirilən Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı, “İstisu” Mineral Su Zavodunun tərəfdaşlığı ilə 12-17 mart 2026-cı il tarixlərində Quba şəhərində keçirilir.
TurkicWorld xəbər verir ki, layihənin əsas məqsədi gənclərin şəhərsalma və memarlıq sahəsində nəzəri biliklərini artırmaqla yanaşı, onların praktik düşünmə, layihələndirmə və komanda ilə işləmə bacarıqlarını inkişaf etdirmək, eyni zamanda milli memarlıq irsi ilə müasir şəhərsalma yanaşmaları arasında əlaqəni gücləndirməkdir.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açılış mərasimi başlayıb. Layihənin tərəfdaş qurumlarının rəsmi nümayəndələri düşərgə barədə gənclərə məlumat veriblər.
Açılış mərasiminin bədii hissəsində düşərgənin istedadlı gənclərinin ifasında mahnılar səsləndirilib və rəqs kompozisiyaları təqdim olunub.







