Son dəqiqə

Azərbaycan Zəngəzur dəhlizi Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi Abdulkadir Uraloğlu

Bu il Zəngəzur dəhlizinin davamı olan Dilucu-Iğdır-Qars xəttində qazma işlərinə başlanılacaq

Bakı. TurkicWorld:

Bu il Zəngəzur dəhlizinin davamı olan Dilucu-Iğdır-Qars xəttində qazma işlərinə başlanılacaq.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

"Mərkəzi Dəhlizin marşrutlarından biri olan Zəngəzur dəhlizindən keçəcək dəmir yolunun Türkiyə sərhədləri daxilindəki 224 km-lik hissəsinin tikintisi üçün tender edilib",- deyə nazir bildirib.

Qeyd edək ki, Türk dünyasının quru sərhədlərini birləşdirəcək olan Zəngəzur dəhlizi 2028-ci ildə həyata keçiriləcək.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər