Bakı. TurkicWorld:
2024-cü ilin birinci yarısında Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı investisiyaların həcmi 65 milyon ABŞ dolları, qarşılıqlı investisiya layihələrinin sayı isə beş olub.
TurkicWorld xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankının (AİB) məlumatında bildirilib.
Məlumata əsasən, yuxarıda göstərilən məbləğin səkkiz milyon dolları (iki layihə) Qazaxıstanın Azərbaycana, 57 milyon dolları (üç layihə) isə Qazaxıstana qoyulmuş Azərbaycan investisiyasıdır.
Qeyd edək ki, AİB yeddi milyard dollar nizamnamə kapitalına malik çoxtərəfli inkişaf bankıdır və investisiya fəaliyyəti vasitəsilə üzv dövlətlərin iqtisadi artımına, onlar arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə və Avrasiya məkanında inteqrasiya proseslərinin inkişafına kömək etmək üçün nəzərdə tutulub.
AİB-in kredit və investisiya fəaliyyətinin əsas maliyyə mənbəyi kapital bazarlarından cəlb edilmiş uzunmüddətli borclar və bankın öz vəsaitləridir.