Son dəqiqə

Honda Yaponiya Nissan

Honda və Nissan birləşmək barədə danışıqlar aparır

Bakı, TurkicWorld

Yaponiyanın aparıcı avtomobil istehsalçıları Honda və Nissan, elektrikli avtomobil bazarındakı Çin və ABŞ şirkətləri ilə rəqabəti gücləndirmək məqsədilə birləşmə planlarını müzakirə edir.

TurkicWorld xəbər verir ki, rəsmi Kyodo agentliyi xəbər verir ki, iki şirkət, Tesla və Çin istehsalçısı BYD ilə rəqabət aparmaq üçün avtomobil qrupu yaratmaq və holdinq qurmaq ehtimalını nəzərdən keçirir.

Honda, Nissan və Mitsubishi Motors Corp (MMC) birgə açıqlamalarında , "Honda, Nissan və MMC-nin hər biri şirkətlərin güclü tərəflərini birləşdirmək üçün müxtəlif əməkdaşlıq imkanlarını qiymətləndirir. Lakin hazırda bu mövzuda heç bir yekun qərar verilməyib." - deyə bildiriblər.

Əgər bu birləşmə həyata keçərsə, illik 7,4 milyon avtomobil istehsalı ilə təxminən 54 milyard dollarlıq bir şirkət formalaşacaq. Bu şirkət, istehsal həcminə görə Toyota və Volkswagen-dən sonra dünyanın üçüncü ən böyük avtomobil istehsalçısı olacaq.

Birləşmə baş verərsə, bu, 2021-ci ildə Fiat Chrysler və PSA arasında 52 milyard dollarlıq Stellantis birləşməsindən sonra avtomobil sənayesində ən böyük birləşmə olacaq.

Qeyd edək ki, 2023-cü ildə Honda dünya üzrə 3,98 milyon, Nissan isə 3,37 milyon avtomobil satıb. Müqayisə üçün, Toyota 11,23 milyon avtomobil sataraq bazar liderliyini davam etdirib, Volkswagen isə 9,24 milyon avtomobillə ikinci yerdə qərarlaşıb.

Onu da qeyd edək ki, Honda və Nissan 2024-cü ilin martında elektrik avtomobillərinin istehsalı və proqram təminatı sahələrində əməkdaşlığın texniki-iqtisadi əsaslandırılmasına başlamağı planlaşdırır. Mitsubishi Motors da bu prosesə 2024-cü ilin avqustunda qatılma niyyətini açıqlayıb.

Mövzuya görə xəbərlər