Yaponiya

Yaponiya məlumat mərkəzləri üçün yeni təhlükəsizlik sistemi tətbiq edəcək

Bakı,TurkicWorld

Yaponiya hökuməti təhlükəsizliyi artırmaq məqsədilə məlumat mərkəzlərinin və bulud məlumat saxlama sistemlərinin yoxlanılması və qeydiyyatı sistemini tətbiq etməyi planlaşdırır. Bu addım həmçinin xarici təsirlərin belə strukturlara müdaxiləsi təhlükəsini aradan qaldırmağa yönəlib.

Bu barədə "Nikkei" qəzeti məlumat yayıb.

Məlumata əsasən, yeni sistem 2027-ci ildən sonra tətbiq olunacaq və ona İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi, eləcə də Daxili İşlər və Rabitə Nazirliyi nəzarət edəcək. Qurumlar məlumat mərkəzləri və bulud xidmətləri yaradan şirkətləri, onların fəaliyyətinin etibarlılığını, həmçinin avadanlıq təchizatçılarını yoxlayacaqlar. "Nikkei"nin məlumatına görə, bu şirkətlərin sırasından Çin firmalarının faktiki olaraq kənarlaşdırılması nəzərdə tutulur.

Sistem icazə xarakteri daşıyacaq. Məlumatların təhlükəsizliyinə təhdid və ya pozuntu aşkar edildiyi təqdirdə dövlət qurumları xəbərdarlıq etmək, hətta məlumat mərkəzlərinin və bulud xidmətlərinin fəaliyyətini dayandırmaq səlahiyyətinə malik olacaqlar.

Mövzuya görə xəbərlər