Son dəqiqə

Zəngəzur dəhlizi Abdulkadir Uraloğlu Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi

Zəngəzur dəhlizini milli şəbəkəmizə birləşdirəcək yeni dəmir yolu çəkiləcək

Bakı, TurkicWorld:

Ölkəmizin şərqində yeni bir əlaqə olaraq Zəngəzur dəhlizini milli şəbəkəmizə birləşdirəcək yeni dəmir yolu çəkəcəyik.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.

"Bu əlaqə Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə birlikdə Orta Dəhlizi tamamlayacaq bir xətt olacaq", - deyə o əlavə edib.

Bundan əlavə, nazir Uraloğlu, artan dəmir yolu potensialını nəzərə alaraq Bolqarıstanla ikinci dəmir yolu keçid məntəqəsinin yaradılmasına dair anlaşma memorandumu imzaladıqlarını vurğulayıb və bildirib ki, ikinci dəmir yolu xətti ilə şərq-qərb yük daşıma qabiliyyəti artacaq.

"Tez-tez dəhliz ölkələri ilə görüşür və üçtərəfli mexanizmlər çərçivəsində dəhlizin tutumunu artıracaq, dar boğazları aradan qaldıracaq tədbirləri müzakirə edirik. Azərbaycan-Qazaxıstan və ya Azərbaycan-Gürcüstanla qurduğumuz mexanizmlər buna misaldır. Digər tərəfdən, biz bu ölkələrlə müxtəlif beynəlxalq təşkilatlarda da bir araya gəlirik. Türk Dövlətləri Təşkilatı, TRACECA, İqtisadi Əməkdaşlıq Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası çərçivəsində daşımaları, gömrük prosedurlarını və logistik dayanacaqlardan keçidi asanlaşdırmaq üçün uyğunlaşdırma üsullarını axtarırıq”, - deyə o bildirib.

Mövzuya görə xəbərlər