Bakı, TurkicWorld
2024-cü ilin sentyabr ayında Türkiyənin Diyarbakır Hava Limanına gələn sərnişinlərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 1 milyon 620 min 221 nəfər olub.
Bu barədə TurkicWorld -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin sentyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2023-cü ilin analoji dövrü ilə müqayisədə 3 faiz artaraq, 1 milyon 495 min 748 nəfər, beynəlxalq reyslər üzrə isə 23 faiz artaraq 124 min 473 nəfər təşkil edib.
2024-cü ilin sentyabr ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq 15 min 782 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin sentyabr ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, 13 min 201 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 25 faiz artaraq, 2 min 581 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2024-cü ilin sentyabr ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin avqust ayı ilə müqayisədə 3 faiz azalaraq, 9 min 799 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 5 faiz azalaraq 8 min 918, beynəlxalq reyslər üzrə isə 19 faiz artaraq 881 olub.
Bu ilin sentyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 177 milyon 135 min 729 nəfər, yük daşınması isə 3 milyon 712 min 255 ton təşkil edib.
Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə 2 milyon 417 min 502 ton təşkil edib.