Son dəqiqə

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi

Muğla Dalaman hava limanında sərnişindaşıma 5 milyon nəfəri keçib (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin noyabr ayında Türkiyənin Muğla Dalaman Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq, 5 milyon 580 min 375 nəfər olub.

Bu barədə TurkicWorld -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin noyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2023-cü ilin analoji dövrü ilə müqayisədə 8 faiz artaraq, 1 milyon 832 min 421 nəfər, beynəlxalq reyslər üzrə isə 8 faiz artaraq 3 milyon 747 min 954 nəfər təşkil edib.

2024-cü ilin noyabr ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq 68 min 817 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin noyabr ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 15 min 517 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 12 faiz artaraq, 53 min 300 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin noyabr ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin noyabr ayı ilə müqayisədə 6 faiz artaraq, 47 min 451 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 5 faiz artaraq, 23 min 261, beynəlxalq reyslər üzrə isə 6 faiz artaraq 24 min 190 olub.

Bu ilin noyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 432 min 282 nəfər, yük daşınması isə 4 milyon 560 min 816 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə 2 milyon 417 min 502 ton təşkil edib.

Mövzuya görə xəbərlər