Bakı, TurkicWorld
2024-cü ilin sentyabr ayında Türkiyənin Adana Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz azalıb, 3 milyon 120 min 925 nəfər olub.
Bu barədə TurkicWorld -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin sentyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2023-cü ilin analoji dövrü ilə müqayisədə 12 faiz azalaraq, 2 milyon 508 min 755 nəfər, beynəlxalq reyslər üzrə isə 7 faiz azalaraq 612 min 170 nəfər təşkil edib.
2024-cü ilin sentyabr ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 15 faiz azalaraq 32 min 37 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin sentyabr ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 15 faiz azalaraq, 23 min 247 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 13 faiz azalaraq, 8 min 790 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2024-cü ilin sentyabr ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin avqust ayı ilə müqayisədə 15 faiz azalaraq, 30 min 581 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 13 faiz azalaraq 25 min 714, beynəlxalq reyslər üzrə isə 22 faiz azalaraq 4 min 867 olub.
Bu ilin sentyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 177 milyon 135 min 729 nəfər, yük daşınması isə 3 milyon 712 min 255 ton təşkil edib.
Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə 2 milyon 417 min 502 ton təşkil edib.