Son dəqiqə

Qaziantep beynəlxalq hava limanı Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi

Qaziantep hava limanında sərnişindaşıma 2 milyon nəfəri ötüb

Bakı, TurkicWorld

2024-cü ilin sentyabr ayında Türkiyənin Qaziantep Hava Limanına gələn sərnişinlərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq, 2 milyon 227 min 510 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin sentyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2023-cü ilin analoji dövrü ilə müqayisədə 16 faiz artaraq, 1 milyon 951 min 246 nəfər, beynəlxalq reyslər üzrə isə 4 faiz artaraq 276 min 264 nəfər təşkil edib.

2024-cü ilin sentyabr ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq 22 min 545 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin sentyabr ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq, 16 min 924 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 2 faiz artaraq, 5 min 620 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin sentyabr ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin avqust ayı ilə müqayisədə 9 faiz artaraq, 18 min 728 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 13 faiz artaraq 16 min 887, beynəlxalq reyslər üzrə isə 19 faiz azalaraq min 841 olub.

Bu ilin sentyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 177 milyon 135 min 729 nəfər, yük daşınması isə 3 milyon 712 min 255 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə 2 milyon 417 min 502 ton təşkil edib.

Mövzuya görə xəbərlər