Bakı,TurkicWorld
Quba şəhərində belə bir tədbirin keçirilməsi sahibkarların iştirakı ilə Quba iş adamları platformasının yaradılması gözəl addım olub.
TurkicWorld xəbər verir ki, bu sözləri "I Tech Group MMC" şirkətini rəhbəri Tural Süleymanlı deyib.
"Azərbaycan respublikasının bölgələrində iş imkanlarının artırılması, sahibkarlara dəstəyin gücləndirilməsinin bariz nümünəsidir",- deyə o bildirib.
Süleymanlı həmçinin tədbirdən böyük gözlətilərini olduğunu və belə bir tədbirdə iştirak etməkdən məmnun olduğunu vurğulayıb.
"Tədbirdən gözləntilərimiz "I Tech Group" şirkəti olaraq sahibkarlarla təmasda olmaq və onların texnoloji ehtiyaclarının təmin edilməsi istiqamətində işlər görməkdir. Ehtiyaclarına uyğun olaraq şirkətlərin, obyektlərin, özəl mülklərin avtomatlaşdırılması, texnoloji həllər verilməsi, ağıllı ev sistemləri, ağıllı təhlükəsizlik sistemlərinin həyata keçirilməsi istiqamətində dəstəklərimizi təqdim edirik",- deyə Süleymanlı bildirib.
Qeyd edək ki, Quba İş Adamlarına Dəstək (QİAD) bu gün oktyabrın 25 - də Qubada sahibkarlarla görüş keçirib.
Görüş çərçivəsində keçirilən tədbirdə "Qiad" İdarə Heyətinin sədri Cabbar Heybətov, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Millət vəkili Əlibala Məhərrəmzadə, Türkiyənin Azərbaycandakı səfirliyində ticarət baş müşaviri Yakup Sefer, " Kiçik və Orta Biznesin İnkişafı Agentliyi" İdarə Heyətinin sədr müavini Samir Hümbətov, "Azərbaycan Sahibkarlar Konfederasiyası" prezidentinin baş məsləhətçisi Fərid Vəlizadə, "Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası" İdarə Heyətinin sədri Səkinə Babayeva, "MÜSİAD Azərbaycan" İdarə Heyətinin sədri Rəşad Cabirli, "Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının" İdarə Heyətinin üzvü Qüdrət Hacıyev çıxış ediblər.