Son dəqiqə

Quba QİAD

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası ölkəmizdə taleyüklü məsələlərin həllini mumkün edib -QİAD İdarə Heyətini sədri

Quba,TurkicWorld

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası ölkəmizdə taleyüklü məsələlərin həllini mumkün edib.

TurkicWorld xəbər verir ki, bunu QİAD İdarə Heyətinin sədri Cabbar Heybətov oktyabrın 25-də Qubada iş adamları ilə keçililən görüş zamanı açılış nitqində deyib.

O qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın mütləq Qələbəsini tam şərtləndirən və ərazi bütövlüyünün bərpasının təmin edilməsi məhz, iqtisadi gücün vacibliyi yönündə aparılan düzgün iqtisadi strategiya və düşünülmüş məqsədyönlü siyasət nəticəsində olmuşdur.

“Bütün sferalarda aparılan çevik islahatlar sabitliyin təmin edilməsi, dövlət proqramlarının qəbul olunması işgüzar insanlar üçün yeni fürsətlər və iş imkanları deməkdir. Qiad olaraq biz iş dünyası ilə ictimaiyyət arasında əlaqələrin qurulmasına , iş insanlarının bilik və bacarıqlarının artırılmasını hədəfləyərək kənd təsürrüfatı, turizm və digər sahələrdə yeni inovasiyalara əsaslanan layihələri sürətləndirməyi, inkişaf etdirməyi qarşımıza məqsəd qoymuşuq.

QİAD sədri onu da bildirib ki, 2019–2023-cü illəri ehatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin uğurla həyata keçirilməsi Quba rayonunda da öz əksini tapıb.

“Qubada kənd təsərrüfatına yararlı torpaqların 19 min hektarını meyvəbağları təşkil edir ki, onların da 15 min hektarı intensiv və yari intensiv tipli bağlardır. Son illər intensiv bağların həndəsi silsilə ilə artması, bağbanlarımızın qabaqcıl texnologiyalara meyilli olması, yeni meyvə çeşidlərinə təlabatla yanaşı , Sahibkarlığa Kömək Milli Fondundan və digər güzəştli dövlət layihələrinin dəstəyi ilə olub.Texnika ve suvarma avadanlıqlarına tətbiq edilən lizinqşərtləri intensiv bağçılığa keçidi daha da asanlaşdırır və əlçatan edir”-deyə QİAD sədri bildirib.
QİAD –ın missiyasında danışan Heybətov bildirib ki, bu bölgəmizdə fəaliyyət göstərən iş adamlarını dəstəkləyərək, günümüzün dinamik inkisaf tempinə uyğunlaşmasını təmin etmə və həmçinin iqtisadiyyat üçün rəqabətə davamlı mühit formalaşdırmaqdır.

Qeyd edək ki, bu gün Qubada QİAD təşkilatıçılığı ilə sahibkarlarla görüş keçirib.Görüşə yüzdən çox sahibkar, çoxlu sayda qonaqlar və eləcə də, iştirakçı qatılıb.

Mövzuya görə xəbərlər