Son dəqiqə

Quba QİAD

QİAD-a İdarə heyətinin sədri seçilib

Quba, TurkicWorld

Quba İş Adamlarına Dəstək (QİAD) təşkilatına İdarə Heyətini Sədri seçilib.

TurkicWorld xəbərə verir ki, İdarə Heyətinin sədri , Cabbar Əlibala oğlu Heybətov olub.

Sədrin kimliyi oktyabrın 25-də Qubada QİAD-ın təşkil etdiyi sahibkarlarla görüş zamanı elan edilib.Tədbirdə eyni zamanda QİAD İdarə Heyətinin üzvləri də açıqlanıb.

QİAD İdarə Heyətinin üzvləri :

1. Cabbar Heybətov-QİAD İdarə Heyətinin sədri
2. Asif Cəfərov-QİAD İdarə Heyətinin üzvü, Kiçik və Orta sahibkarlıq subyektləri ilə əlaqələr komitəsinin sədri
3. Hümmət Əliyev-QİAD İdarə Heyətinin üzvü, Qurumlarla əlaqələr və hüquq komitəsinin sədri
4. Manaf Ərəbov-QiAD İdarə Heyətinin üzvü, Kənd Təsərrüfatı komitəsinin sədri
5. Tehran Əmiraslanov-QİAD İdarə Heyətinin üzvü, Üzvlərlə əlaqələr komitəsinin sədri
6. Elxan Hüseynli-QİAD İdarə Heyətinin üzvü, Ticarət komitəsinin sədri
7. Ədalət Tarıverdiyev-QİAD İdarə Heyətinin üzvü, Maliyyə və Planlama komitəsinin sədri
8. Müslüm Qazıbəyov-QİAD İdarə Heyətinin üzvü, İnşaat komitəsinin sədri

Məlumat üçün bildirək ki Cabbar Heybətov 1978-ci ildə Qubada doğulub. 1995-1999 Azərbaycan Dövlət Dillər Universiteti Franszı dili fakultəsində təhsil alıb. 2-ci təhsil olaraq 2010-2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirib.

Heybətov 2000-20004-cü illərdə Belçika Krallığında Azərbaycan-Belçika Dostluq Cəmiyyətində koordinator, 2005-2012-ci illərdə Fransanın Azərbaycandakı Səfirliyində, İqtisadiyyat şöbəsində, sektorlarüzrə məsul şəxs – mühasib vəzifələrində çalışıb. O 2012-ci ildən indiyə kimi kənd təsərrüfatı sahəsində konsaltinq xidməti göstərən “Caucasusİnternational Agro Consulting” – in direktorudur. Sahibkar olan Heybətov rus və fransız dillərini mükəmməl bilir.

Qeyd edək ki, bu gün Qubada QİAD təşkilatıçılığı ilə sahibkarlarla görüş keçirib.Görüşə yüzdən çox sahibkar, çoxlu sayda qonaqlar və eləcə də, iştirakçı qatılıb.
Görüşün əsas məqsədi sahibkarların əlaqələrinin genişləndirilməsi, bölgədə iqtisadi tərəqqini dəstəkləməklə sahibkarlığın inkişafına töhfə verməklə yanaşı, ticarətin artırlması, investisiyaların cəlb olunmasıdır.
Məlumat üçün bildirək ki, bir müddət əvvəl QİAD rəhbərliyi Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov və bərabərindəki heyətlə görüşüb.

Görüş zamanı "QİAD"-ın strateji hədəfləri, məqsədləri, gələcək planları haqqında RİH başçısına məlumat verilib. Bütün bunlarala yanaşı QİAD İdarə Heyəti RİH başçısı ilə regionda fəaliyyət göstərən sahibkarları dəstəkləyərək onların inkişafına təkan, regionlardakı iqtisadi tərəqqiyə töhfə vermək, dayanıqlı və rəqabət qabiliyyətli iş mühitinin formalaşdırılması məqsədilə görüləcək işlər ətrafında fikir mübadiləsi aparıblar. Görüş zaman QİAD bölgəyə investisiyaların cəlb olunmasının qurumun qarşısında duran vacib prioritetlərdən biri olduğu bildirib.

Mövzuya görə xəbərlər