Son dəqiqə

Böyük Britaniya

Dunkan Norman Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib

BAKI,TurkicWorld

Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib.

Səfir bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

"Bu gün Azərbaycan Dövlət Müstəqilliyinin Bərpasının 35-ci ildönümünü qeyd edir.

Azərbaycan xalqını ürəkdən təbrik edir, ölkələrimiz arasında tərəfdaşlığın qarşıdakı illərdə daha da möhkəmlənməsini arzulayıram!", - deyə paylaşımda bildirilir.

Mövzuya görə xəbərlər