BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov 14-15 dekabr tarixlərində BMT-nin Sivilizasiyalar Alyansının (BMTSA) 11-ci Qlobal Forumunda iştirak edəcək.
TurkicWorld xəbər verir ki, Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində təşkil ediləcək 11-ci Qlobal Forumda dövlət rəsmiləri, beynəlxalq təşkilatların rəhbərləri, dini liderlər, vətəndaş cəmiyyəti institutları və media qurumlarının nümayəndələri, həmçinin gənclər təmsil olunacaqlar.
Forumda “BMTSA: İnsanlıq naminə iki onillik dialoq – çoxtərəfli dünyada qarşılıqlı hörmət və anlaşmanın yeni dövrünün irəli aparılması” mövzusu ətrafında müzakirələrin, habelə qlobal sülhün möhkəmləndirilməsi, dialoqun inkişafı, multikultural dəyərlərin təşviqi istiqamətində fikir və təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur.







