Son dəqiqə

BMT ABŞ Donald Tramp İrlandiya Ketrin Konnolli

İrlandiya Prezidenti Trampa müharibə ilə bağlı çağırış edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İrlandiya Prezidenti Ketrin Konnolli Dublində ABŞ Prezidenti Donald Trampla görüşündə müharibə və zorakılığın adi hal kimi qəbul edilməsinin yolverilməz olduğunu bildirib. O, İrlandiya xalqının beynəlxalq əməkdaşlığa, Birləşmiş Millətlər Təşkilatına və sülhməramlı fəaliyyətə güclü bağlılığını vurğulayıb.

TurkicWorld xəbər verir ki, Konnolli görüşdən sonra yayımladığı bəyanatda Trampa İrlandiya xalqının “müharibə və soyqırımın normallaşdırılmasının heç vaxt qəbul edilə bilməyəcəyi” barədə qəti mövqeyini çatdırdığını bildirib.

İrlandiya Prezidenti ölkəsinin tarixində aclıq, müstəmləkəçilik və Şimali İrlandiyadakı uzunmüddətli qarşıdurma dövrünün yaratdığı zorakılığın ağır izlər buraxdığını xatırladıb. Onun sözlərinə görə, eyni zamanda sülhə aparan uzun və mürəkkəb yol İrlandiya xalqına münaqişələrin həlli ilə bağlı xüsusi təcrübə qazandırıb.

Konnolli İrlandiyanın 1958-ci ildən BMT-nin sülhməramlı əməliyyatlarına verdiyi töhfə ilə fəxr etdiyini də diqqətə çatdırıb.

Prezident bildirib ki, İrlandiya hazırda müharibə və zorakılıqdan əziyyət çəkən bölgələrdə ortaq sülh qurmağa çalışan bütün tərəfləri qətiyyətlə dəstəkləyəcək.

Mövzuya görə xəbərlər