Son dəqiqə

Fələstin BMT BRİCS Qəzza Yaxın Şərq Fələstinlilər

BRICS fələstinlilərin məcburi köçürülməsinə qarşı çıxıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

BRICS ölkələrinin liderləri işğal olunmuş Fələstin ərazilərindən fələstinlilərin məcburi köçürülməsinə qəti şəkildə qarşı olduqlarını bildiriblər. Bu mövqe qrupun sammitinin yekununda qəbul edilən birgə bəyannamədə əksini tapıb.

TurkicWorld xəbər verir ki, BRICS liderləri Fələstin əhalisinin işğal olunmuş ərazilərdən istər müvəqqəti, istərsə də daimi şəkildə məcburi köçürülməsinin qəbuledilməz olduğunu vurğulayıblar.

Bəyannamədə Qəzza zolağının coğrafi və ya demoqrafik quruluşunun dəyişdirilməsinə yönəlmiş addımlara da etiraz ifadə olunub.

BRICS liderləri Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyinə (UNRWA) davamlı dəstəklərini təsdiqləyiblər. Onlar BMT Baş Assambleyasının agentliyə verdiyi mandatın tam şəkildə qorunmasının vacibliyini qeyd ediblər.

Bəyannamədə işğal olunmuş Qüdsün hüquqi və tarixi statusunu dəyişdirməyə yönələn birtərəfli tədbirlərə də qarşı çıxılıb.

BRICS liderləri Qüdsdəki bütün dini və müqəddəs məkanların statusuna hörmət göstərilməsinə çağırış ediblər.

Mövzuya görə xəbərlər