Son dəqiqə

Livan Küveyt Səudiyyə Ərəbistanı Bəhreyn BƏƏ Dron hücumu Şərq-Qərb neft kəməri

BƏƏ və Livan Səudiyyənin neft kəmərinə hücumu pisləyib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Birləşmiş Ərəb Əmirlikləri və Livan Səudiyyə Ərəbistanının strateji Şərq-Qərb neft kəmərinə pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumu pisləyən ölkələr sırasına qoşulub.

TurkicWorld xəbər verir ki, BƏƏ Xarici İşlər Nazirliyi neft kəmərinin hədəfə alınmasını “təcavüzkar hücum” və Səudiyyə Ərəbistanının suverenliyinin “kobud şəkildə pozulması” kimi qiymətləndirib.

Livan da hücumu pisləyərək Səudiyyə Ərəbistanı ilə həmrəyliyini ifadə edib.

Bundan əvvəl Küveyt və Bəhreyn də Şərq-Qərb neft kəmərinə hücumu qınayan bəyanatlarla çıxış etmişdilər. Onların açıqlamalarında hücum nəticəsində insanların xəsarət aldığı və maddi ziyanın meydana gəldiyi bildirilib.

Səudiyyə Ərəbistanı hücumdan sonra Ərəbistan yarımadası boyunca təxminən 1 200 kilometr uzanan Şərq-Qərb neft kəmərinin fəaliyyətini müvəqqəti dayandırıb. İlkin məlumatlara görə, hücumda istifadə edilən pilotsuz uçuş aparatları İraq ərazisindən buraxılıb. Hadisə ilə bağlı araşdırma davam edir və indiyədək heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Mövzuya görə xəbərlər