Son dəqiqə

İran Oman Abbas Əraqçi Hörmüz boğazı Bədr əl-Busaidi

İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İranın xarici işlər naziri Abbas Əraqçi ilə Omanın xarici işlər naziri Bədr əl-Busaidi arasında telefon danışığı olub. Tərəflər regionda baş verən son hadisələri və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

TurkicWorld xəbər verir ki, Abbas Əraqçinin “Telegram” kanalında yayımlanan açıqlamada iki ölkənin xarici işlər nazirlərinin “son regional proseslər və qarşılıqlı maraq doğuran məsələlər” ətrafında fikir mübadiləsi apardıqları bildirilib.

Telefon danışığının digər təfərrüatları barədə məlumat verilməyib.

Danışıq Omanın bazar ertəsi İran və Körfəz ölkələrinin iştirakı ilə Hörmüz boğazındakı vəziyyətə dair görüşə ev sahibliyi etməyə hazırlaşdığı bir vaxtda baş tutub.

Tehran və Maskat son həftələr ərzində strateji əhəmiyyətli Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin bərpası ilə bağlı məsləhətləşmələr aparırlar.

Mövzuya görə xəbərlər