BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Mərkəzi Komandanlığının komandanı admiral Bred Kuper Yəməndə husilərin son hərbi irəliləyişləri fonunda görüşlər keçirmək üçün Səudiyyə Ərəbistanına səfər edib.
TurkicWorldxəbər verir ki, səfərin əsas məqsədi Yəməndəki son vəziyyətlə bağlı Səudiyyə Ərəbistanı tərəfi ilə görüşlər keçirmək və koordinasiyanı gücləndirməkdir.Məlumata əsasən, danışıqlarda husilərin Yəməndə son irəliləyişləri və bunun yaratdığı təhlükəsizlik vəziyyəti diqqət mərkəzində olacaq.
Mənbə görüşlərin konkret iştirakçıları, müzakirə ediləcək mümkün hərbi tədbirlər və Kuperin Səudiyyə Ərəbistanında nə qədər qalacağı barədə əlavə məlumat verməyib.







