BAKI,TurkicWorld
Yəmən husiləri krallığın cənubunda yerləşən Şaruradakı Səudiyyə Ərəbistanının hərbi bazasına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiklərini bildiriblər. Zərbələrin hədəfi silah anbarları və idarəetmə məntəqələri olub.
Husilərin silahlı qüvvələrinin rəsmi nümayəndəsi, general Yəhya Səri "Telegram" kanalında yayımlanan bəyanatında əməliyyatın çoxsaylı ballistik raket və pilotsuz uçuş aparatlarından istifadə edilməklə həyata keçirildiyini bildirib və zərbələri yüksək dəqiqlikli adlandırıb.
Səri qeyd edib ki, bu hücum qruplaşmanın Səudiyyə Ərəbistanının Yəmənə qarşı davam edən təcavüzü kimi qiymətləndirdiyi hərəkətlərə cavab olub.
O, həmçinin hərbi əməliyyatların davam edəcəyi təqdirdə Səudiyyə Ərəbistanının dərinliklərinə yeni zərbələr endiriləcəyi ilə hədələyib və gələcək əməliyyatların "daha sərt və genişmiqyaslı" olacağını bildirib.







