BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) son 60 gün ərzində İran limanlarına tətbiq etdiyi blokada çərçivəsində 100 kommersiya gəmisinin istiqamətinin dəyişdirildiyini açıqlayıb.
TurkicWorld xəbər verir ki, CENTCOM-un bəyanatına görə, ABŞ qüvvələri İran limanlarına dəniz yolu ilə girişə nəzarət əməliyyatlarını davam etdirir. Komandanlıq bu tədbirləri İrana qarşı “polad divar blokadası” adlandırıb.
CENTCOM iddia edib ki, ABŞ-nin icazəsi olmadan heç bir gəmi bu blokadanı keçə bilməyib.
“Amerikalı hərbçilər bu missiyanın yerinə yetirilməsinə bütün diqqətlərini yönəltməkdə davam edirlər”, – komandanlığın açıqlamasında bildirilib.
CENTCOM 100 kommersiya gəmisinin hansı istiqamətlərə yönləndirildiyi və onların hansı ölkələrin bayrağı altında üzdüyü barədə əlavə məlumat verməyib.







