Son dəqiqə

qəza helikopter qəzası Qana Qana helikopter qəzası Aşanti bölgəsi helikopter qəzası Obuasi şəhəri helikopter hadisəsi Z‑9 tipli helikopter qəzası Qana müdafiə naziri Edvard Omane Boama

Qanada hərbi helikopter qəzaya uğrayıb – Ölənlər var

BAKI, TurkicWorld, Səməd Əyyubov – Qananın Aşanti bölgəsində hərbi helikopter qəzaya uğrayıb.

TurkicWorld xəbər verir ki, hadisə Obuasi şəhərinə gedən Z‑9 tipli helikopterin radar əlaqəsini itirməsi ilə baş verib.

Qəza nəticəsində ölkənin müdafiə naziri Edvard Omane Boama, ətraf mühit, elm, texnologiya və innovasiya naziri İbrahim Murtala Məhəmməd, prezidentin müşavirlərindən Samuel Sarponq və üç ekipaj üzvü daxil olmaqla səkkiz nəfər həlak olub.

Fövqəladə yardım qrupları dərhal hadisə yerinə çatsalar da, əlverişsiz hava şəraiti səbəbindən xilasetmə əməliyyatları çətinliklə aparılıb. Bölgə qubernatoru Frank Amoakohene tədbirdən ayrılaraq qəza yerinə gedib.

Qana Silahlı Qüvvələri qəzadan sonra verdiyi açıqlamada, helikopterin qalxışdan sonra radarda görünmədiyini, axtarış‑xilasetmə əməliyyatlarının davam etdiyini və qəzanın səbəbinin hələ məlum olmadığını bildirib.

Qeyd edək ki, Müdafiə naziri Boama vəzifəsinə bu ilin yanvarında təyin edilmişdi. Onun təyinatı keçmiş prezident Con Mahama tərəfindən həyata keçirilmiş və parlament tərəfindən təsdiqlənmişdi.

Mövzuya görə xəbərlər