Son dəqiqə

Səudiyyə Ərəbistanı helikopter qəzası

Səudiyyə Ərəbistanında neft şirkətinə məxsus helikopter qəzaya uğradı – 14 nəfər həlak oldu

BAKI,TurkicWorld Orxan Qədirzadə

Səudiyyə Ərəbistanının "Saudi Aramco" neft şirkətinə məxsus helikopter ölkənin Ras Tanura bölgəsində qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 14 nəfərin hamısı həlak olub.

Səudiyyə Ərəbistanının Energetika Nazirliyindən verilən məlumata görə, hadisə bazar günü yerli vaxtla saat 06:00-da baş verib. "Saudi Aramco" şirkətinə məxsus helikopter Ras Tanura bölgəsində naməlum səbəbdən qəzaya uğrayıb.

Qəza nəticəsində helikopterdə olan 14 sərnişinin hamısı həyatını itirib. Bildirilib ki, həlak olan şəxslərin hamısı Səudiyyə Ərəbistanı vətəndaşları olub.

Hazırda qəzanın başvermə səbəbi məlum deyil. Səlahiyyətli qurumlar hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlayıblar.

Səudiyyə Ərəbistanının Energetika Nazirliyi faciə ilə əlaqədar həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib.

Nazirliyin bəyanatında bildirilib ki, qurum mərhumların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan həlak olanlara rəhmət və bağışlanma diləyir, onların şəhidlər sırasında qəbul olunmasını arzulayır.

Mövzuya görə xəbərlər