Son dəqiqə

Beynəlxalq Cinayət Məhkəməsi Qana İnsan hüquqları miqrantlar Cənubi Afrika BCM Ksenofobiya Siril Ramafosa

Qanalı vətəndaşlar Cənubi Afrikadakı ksenofob zorakılıqla bağlı BCM-yə müraciət ediblər

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İki Qana vətəndaşı Cənubi Afrikada əcnəbilərə qarşı baş verən zorakılıq hadisələrinin araşdırılması üçün Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) ilkin araşdırmanın başlanılması barədə müraciət edib.

TurkicWorld xəbər verir ki, müraciət müəllifləri bu hücumların insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə biləcəyini iddia edirlər.

Son aylarda Cənubi Afrikada miqrantlara qarşı etiraz aksiyalarının artdığı, bəzi hallarda isə bunun əcnəbilərə qarşı zorakılıq hadisələri ilə müşayiət olunduğu bildirilir. Etirazçılar ölkədə cinayətkarlıq və işsizlik kimi problemlərə görə miqrantları günahlandırırlar.

İyulun 15-də BCM-yə təqdim olunan və Reuters agentliyinin tanış olduğu müraciətdə miqrantlara qarşı "genişmiqyaslı və sistemli hücumlar" həyata keçirildiyi iddia olunur. Sənəddə Cənubi Afrika Prezidenti Siril Ramafosanın rəhbərlik etdiyi hökumətin qətllər də daxil olmaqla bu cinayətlərin qarşısını almaqda və günahkarların cəzalandırılmasında yetərli addımlar atmadığı irəli sürülür.

Müraciət Qana hökumətinin keçmiş idarəçilik və təhlükəsizlik məsələləri üzrə sözçüsü Palqreyv Boakye-Dankva və terrorizmə qarşı mübarizə üzrə analitik Emmanuel Kotin tərəfindən hazırlanıb.

Onlar birgə bəyanatda bildiriblər ki, uzun illərdir Cənubi Afrikada digər Afrika ölkələrindən olan insanlar öldürülür, döyülür və yaşadıqları evləri tərk etməyə məcbur edilirlər.

Mövzuya görə xəbərlər