BAKI,TurkicWorld,Yusif Şərifzadə
Avropa İttifaqı və 26 ölkə İranda etirazçıların edam edilməsini pisləyərək Tehran hakimiyyətini ölüm hökmünün tətbiqinə son qoymağa çağırıb.
TurkicWorld xəbər verir ki, bu barədə Fransa Xarici İşlər naziri Jan-Noel Barro birgə bəyanatla çıxış edib.
Bəyanatda ölkələr İran hökumətini xalqın səsinə qulaq asmağa, insan hüquqlarına hörmətin təmin olunması istiqamətində real addımlar atmağa çağırıblar.
Sənəddə İran hakimiyyətindən ölüm hökmünün dərhal dayandırılması və əsassız şəkildə saxlanılan şəxslərin azadlığa buraxılması tələb olunub.
Avropa İttifaqı və tərəfdaş ölkələr İranda insan hüquqlarının vəziyyəti ilə bağlı narahatlıqlarını ifadə edərək, beynəlxalq öhdəliklərə əməl etməyin vacibliyini vurğulayıblar.






