Son dəqiqə

Fələstin İsrail İsrail ordusu İnsan hüquqları İordan çayının qərb sahili Məskunlaşanlar Nablus Təl kəndi Faruq Ramazan

Fələstinlilərin evlərinin dağıdılması yenidən müzakirə mövzusu olub

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində, Nablus şəhəri yaxınlığındakı Təl kəndində öldürülən fələstinli Faruq Ramazanın evinin dağıdıldığını təsdiqləyib.

TurkicWorld xəbər verir ki, İsrail qüvvələri daha əvvəl Təl kəndində bəzi ailələri evlərindən çıxarıb və Faruq Ramazanın evinin dağıdılması üçün hazırlıq görüb.

İsrail ordusunun açıqlamasına görə, Ramazanın evi gecə saatlarında həyata keçirilən əməliyyat zamanı sökülüb.

Faruq Ramazan ötən ay torpağını müdafiə etmək məqsədilə silahlı məskunlaşan şəxslə qarşıdurma zamanı onun tüfəngini götürərək atəş açdıqdan sonra öldürülüb.

İyunun 24-də baş verən hadisə nəticəsində dörd fələstinli və iki İsrail əsgəri olmaqla ümumilikdə altı nəfərin öldüyü, bir neçə nəfərin isə yaralandığı bildirilib.

İsrail ordusu Ramazanı iki İsrail əsgərinin ölümü ilə nəticələnən hücumu həyata keçirməkdə ittiham edib.

İnsan hüquqları təşkilatları isə İsrailin fələstinlilərin evlərini dağıtmaq siyasətini tənqid edərək bunun kollektiv cəzalandırma və qanunsuz yaşayış məntəqələrinin genişləndirilməsi məqsədi daşıdığını bildirirlər.

Mövzuya görə xəbərlər