BAKI,TurkicWorld,Yusif Şərifzadə
BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk dövlətləri İsrailə silah tədarükünü dayandırmağa, şirkətləri isə Fələstində qanunsuz yaşayış məntəqələrini dəstəkləyən kommersiya fəaliyyətlərinə son qoymağa çağırıb.
TurkicWorld xəbər verir ki, Türk dövlətlərin beynəlxalq hüququn pozulmasında istifadə olunması riski olan silahların İsrailə ötürülməsini dayandırmalı olduğunu bildirib.
O, həmçinin şirkətləri qanunsuz yaşayış məntəqələrini dəstəkləyən biznes fəaliyyətlərinə son qoymağa çağırıb.
Türkün çağırışı İsrailin Qəzzada davam edən müharibəsi, işğal altındakı İordan çayının qərb sahilində hücumları və Livanın cənubuna müdaxiləsi ilə bağlı beynəlxalq narahatlığın artdığı bir vaxtda səslənib.
İsrailin hərbi əməliyyatları ilə bağlı mümkün müharibə cinayətləri və digər hüquq pozuntuları üzrə beynəlxalq məhkəmələrdə araşdırmalar davam edir.







