Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan İnsan hüquqları İslamofobiyanın artması Ayrı-seçkilik Qərb ölkələri

Rəcəb Tayyib Ərdoğan Qərbdə islamofobiyanın yayılmasını pisləyib

BAKI,TurkicWorld

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qərb ölkələrində islamofobiyanın yayılmasını sərt şəkildə pisləyərək bunun getdikcə daha ciddi problemə çevrildiyini bildirib. O, xüsusilə müsəlman qadın və qızların son illərdə daha çox ayrı-seçkiliklə üzləşdiyini vurğulayıb.

TurkicWorld xəbər verir ki, Ərdoğan bəzi ölkələrdə məktəblərdə baş örtüyünə tətbiq edilən qadağaları qadınların ən əsas hüquqlarına qarşı hücum kimi qiymətləndirib. Avstriyada 14 yaşdan kiçik şagirdlərin məktəbdə müsəlman baş örtüyü taxmasına qadağa 2026-cı il sentyabrın 1-dən qüvvəyə minib və məsələ ölkənin Konstitusiya Məhkəməsinə çıxarılıb.

Türkiyə Prezidenti islamofobiyanın Qərbdə “vəba kimi” yayıldığını söyləyib. Ərdoğan müsəlman qadınların geyimlərinə görə ayrı-seçkiliyə məruz qalmasının qəbuledilməz olduğunu bildirərək onların əsas hüquq və azadlıqlarının qorunmasının vacibliyini qeyd edib.

Mövzuya görə xəbərlər