BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sözçüsü İbrahim Rzayi Minab qız məktəbində baş verən hücumu və nəticəsində 160-dan çox qızın həlak olmasını sərt şəkildə pisləyib. O ABŞ-ın İranı məsuliyyətli göstərən iddialarına da şübhə ilə yanaşıb.
TurkicWorld xəbər verir ki, İbrahim Rzayi bildirib ki, ABŞ-ın Pentaqon və Ağ Evinin Hörmüz boğazında baş verən Apach helikopter qəzasına görə İranı günahkar hesab etməsi çox sürətli qərardır. Lakin Minab məktəb faciəsindən 102 gün keçməsinə baxmayaraq, qızların öldürülməsi ilə bağlı araşdırma hələ də davam edir. Sözçü vurğulayıb ki, günahsız uşaqların ölümü məsələsində beynəlxalq təşkilatların laqeydliyi qəbuledilməzdir.
O həmçinin bildirib: “Günahsız kiçik qızlar üçün ədalət təmin edilməlidir. Bu faciəyə laqeyd yanaşmaq qəbul edilməzdir və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır.”







