Son dəqiqə

ABŞ Donald Tramp seçkilər ABŞ prezident seçkiləri Trampın namizəd olmaması Trampın üçüncü müddət planı yoxdur ABŞ Konstitusiyası 22-ci düzəliş Tramp tərəfdarlarının çağırışları Trampın seçkilərdə iştirak etməməsi 2025 ABŞ siyasi xəbərləri

Tramp növbəti prezident seçkilərində iştirak etməyə bilər

BAKI, TurkicWorld

ABŞ Prezidenti Donald Tramp bildirib ki, böyük ehtimalla növbəti prezident seçkilərində iştirak etməyəcək.

TurkicWorld xəbər verir ki, bu barədə o, CNBC telekanalına verdiyi müsahibədə deyib.

Tramp mayın 4-də də bəyan etmişdi ki, dövlət başçısı postuna üçüncü dəfə namizədliyini irəli sürmək niyyətində deyil. Onun sözlərinə görə, tərəfdarları daim gələcəkdə üçüncü müddətə seçkilərə qatılmasını xahiş etsələr də, o, belə bir plan qurmayıb.

Qeyd edək ki, ABŞ Konstitusiyasına 1951-ci ildə əlavə edilən 22-ci düzəlişə əsasən, eyni şəxs prezident postuna iki dəfədən artıq seçilə bilməz.

Mövzuya görə xəbərlər