Son dəqiqə

Özbəkistan Fövqəladə Hallar Nazirliyi Qırğızıstan zəlzələ təbii fəlakət Təbii fəlakətlərin idarə edilməsi

Özbəkistan və Qırğızıstan sərhədində zəlzələ olub

BAKI,TurkicWorld

Özbəkistanın Əndican əyalətinin bir neçə rayonunda zəlzələ baş verib.

TurkicWorld xəbər verir ki, bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji-Proqnoz Monitorinq Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, 3,6 bal gücündə zəlzələnin episentri Qırğızıstanın sərhədyanı Cəlalabad şəhəri olub.

Zəlzələnin yeraltı ocağı 15 kilometr dərinlikdə olub.

Qurbanlar və dağıntılar barədə məlumat yoxdur.

Mövzuya görə xəbərlər