Bakı,TurkicWorld
Şimali Koreya lideri Kim Çen In ölkəsinin nüvə silahı potensialını artırmaq üçün siyasət yürütdüklərini bəyan edib.
TurkicWorld xəbər verir ki, bu barədə Kim Şimali Koreyanın yaranmasının 76-cı ildönümü münasibətilə keçirilən bayram tədbirlərində çıxış edib.
O, ABŞ-da artan nüvə silahının Şimali Koreya üçün təhlükə yaratdığını ifadə edib.Kim, buna görə də ölkəsinin nüvə silah potensialını artırmaq üçün siyasət yürütdüklərini açıqlayıb.
Davamlı olaraq nüvə təhlükəsinə məruz qaldıqlarını ifadə edən Kim, nüvə silahından müdafiə məqsədilə istifadə edəcəklərini və bunun heç kim üçün təhlükə yaratmayacağını deyib.
Sonda prezident Şimali Koreyanın “məsuliyyətli nüvə silahı dövləti” olduğunu vurğulayıb.