Son dəqiqə

İsrail Qəzza zolağı HƏMAS

Qəzzadakı kütləvi məzarlıqların sayı artmağa davam edir

Bakı. TurkicWorld:

Qəzza zolağının ən böyük tibb müəssisəsi olan Şifa xəstəxanasının bağçasındakı üçüncü kütləvi məzarlıq tapılıb.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Qəzza hökumətinnin Media Ofisindən verilən açıqlamada qeyd edilib.

Həkim qruplarının 49 fələstinlinin cəsədini kütləvi məzarlıqdan çıxardığı və işlərin davam etdiyi bildirilib.

Xatırladaq ki, xəstəxanalarda tapılan kütləvi məzarların sayının indiyədək 7-yə yüksəldiyi qeyd edilib.

Bildirilib ki, Beyt Lahya şəhərindəki Kamal Ədvan xəstəxanasında 1, Şifa xəstəxanasında 3, Xan Yunusda Nasser xəstəxanasında 3 nəfər kütləvi məzarlıq aşkarlanıb və ümumilikdə 520 nəfərin cəsədi aşkarlanıb.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər