Son dəqiqə

İsrail Qəzza zolağı

İsrail məhbuslara qarşı qeyri-insani rəftar edir - UNRWA

Bakı. TurkicWorld:

İsrail məhbuslara qarşı qeyri-insani rəftar edir.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Təşkilatının Yaxın Şərq üzrə baş komissarı Filip Lazzarini deyib.

O, Qəzzada İsrail tərəfindən nəzarətə alınan insanların şok edici qeyri-insani rəftara məruz qaldığını bildirib.

"İnsanlardan Rəfahı təxliyə etmək hələ tələb olunmayıb, lakin bu həftə razılaşma olmasa, hər an baş verə biləcəyi hissi var." – deyə baş komissar qeyd edib.

Lazzarini daha çox qidanın Qəzzaya çatdığı xəbərini müsbət qarşıladığını bildirib.

O, Qəzza zolağında yayılan aclığın qarşısını almaq üçün kifayət qədər qida olmadığına da diqqət çəkib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər