Son dəqiqə

Real Madrid klubu

Toni Kroos futbola vida edir

Bakı,TurkicWorld

Real Madriddə çıxış edən 34 yaşlı alman futbolçu Toni Kroos futbol üzrə Avropa çempionatından (AVRO 2024) sonra peşəkar futbolçu karyerasını başa vuracaq.

TurkicWorld xəbər verir ki, Toni Kroos AVRO-2024-dən sonra peşəkar futbolçu karyerasını bitirəcəyini açıqlayıb.

“Madridlilərin qəlbində hər zaman yeri var. Toni Kroos Real Madrid və bu klubun tarixinin ən böyük futbolçularından biridir. Bura həmişə onun evi olub və olacaq”,- deyə klubun prezidenti Florentino Peres futbolçuya təşəkkür edib.

Qeyd edək ki, Kross Kral Klubu ilə 463 matçda 22 kubok (4 Çempionlar Liqası, 5 FIFA Klublararası Dünya Kuboku, 4 Avropa Super Kuboku, 4 liqa çempionluğu, 1 Kral Kuboku, 4 İspaniya Super Kuboku) qazanmışdır.

Mövzuya görə xəbərlər