Son dəqiqə

Real Madrid klubu

Karyeramı Realda bitirmək istəyirəm – Modriç

Bakı,TurkicWorld:

Karyeramı həyatımın komandası Real Madriddə bitirmək istəyirəm.

TurkicWorld xəbər verir ki, bu sözləri İspaniyanın Real Madrid klubunun futbolçusu Luka Modriç söyləyib.

“Gələcəyimlə əlaqəli qərar verilib, ancaq bunu hələ deyə bilmərəm. Finaldan sonra hər şeyi açıqlayacam”,- deyə o bildirib.

Xorvatiyalı yarımüdafiəçi həmçinin kluba Toni Kross kimi vida etmək istədiyini, Krossun vidasının çox möhtəşəm və duyğusal olduğunu vurğulayıb.

Qeyd edək ki, Luka Modriç 2012-ci ildən Kral klubunda çıxış edir. O bu kluba Totenhemdən 35 milyon avroya transfer olub.

Mövzuya görə xəbərlər