Son dəqiqə

Prezident İlham Əliyev

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

Bakı. TurkicWorld:

Mayın 20-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Prezidentin Mətbuat xidmətindən TurkicWorld-a məlumat verilib.

Telefon söhbəti zamanı Türkiyə-Azərbaycan əlaqələri, regional və qlobal proseslər müzakirə olundu.

Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin müsbət istiqamətdə irəliləməsindən məmnunluğunu ifadə etdi və Türkiyənin prosesi yaxından izlədiyini bildirdi.

Türkiyə Prezidenti bölgədə təmin olunacaq ədalətli və davamlı sülhün həm Azərbaycan, həm Ermənistan, eləcə də bölgə ölkələri üçün yeni bir mühit yaradacağını vurğuladı.

Söhbət zamanı gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparıldı.

Mövzuya görə xəbərlər